mirror of https://github.com/gorhill/uBlock
50 lines
2.4 KiB
Plaintext
50 lines
2.4 KiB
Plaintext
Səmərəli bir əngəlləyici: yaddaş və prosessor yükünü artırmadığı halda digər məşhur əngəlləyicilərlə müqayisədə minlərlə daha çox filtri dəstəkləyir.
|
||
|
||
Proqramın səmərəliliyinə dair ümumi əyani məlumat: https://github.com/gorhill/uBlock/wiki/uBlock-vs.-ABP:-efficiency-compared
|
||
|
||
İstifadə: Açılan pəncərədəki böyük açar düyməsi uBlock₀-u cari veb-saytda işə salmaq/dayandırmaq üçündür. Bu zaman uBlock₀ bütün veb-saytlarda deyil, yalnız cari veb-saytda işə düşür/dayandırılır.
|
||
|
||
***
|
||
|
||
Uyuşqan olmaqla yanaşı, uBlock₀ adi reklam əngəlləyicisindən fərqli olaraq domen adlarının olduğu faylları oxuya və yarada bilir.
|
||
|
||
Standart rejimdə aşağıdakı filtr siyahıları yüklənəcək və tətbiq olunacaq:
|
||
|
||
- EasyList
|
||
- Peter Lowe-dan reklam serverləri siyahısı
|
||
- EasyPrivacy
|
||
- Zərərli domenlər
|
||
|
||
Əlavə olaraq aşağıdakı siyahıları da seçə bilərsiniz:
|
||
|
||
- Fanboy-dan izləmə serverlərinin genişləndirilmiş siyahısı
|
||
- Dan Pollock-dan veb-domenlər faylı
|
||
- hpHosts reklam və izləmə serverləri siyahısı
|
||
- MVPS veb-domenləri
|
||
- Spam404
|
||
- Və bir çox başqaları
|
||
|
||
Təbii ki, hər yeni seçilən filtrlər siyahısı yaddaş yükünü də artırır. Buna baxmayaraq, Fanboy-dan iki əlavə siyahı və hpHosts reklam və izləmə serverləri siyahısını seçsəniz belə, uBlock₀ digər məşhur reklam əngəlləyicilərindən fərqli olaraq yaddaşda daha az yer tutur.
|
||
|
||
Həmçinin nəzərə alın ki, əlavə siyahıların bəzisini -- xüsusən tərkibində domen adları olan siyahıları seçdikdə, veb-saytın düzgün yüklənməməsi ehtimalı da artır.
|
||
|
||
***
|
||
|
||
Əvvəldən quraşdırılmış filtr siyahıları olmadan, uBlock₀ heç bir işə yaramır. Ona görə də, əgər siz həqiqətən bir töfhə vermək istəyirsinizsə, hər kəsin istifadəsinə pulsuz təqdim olunan filtr siyahılarını yorulmadan dəstəkləyən insanlar haqqında düşünün.
|
||
|
||
***
|
||
|
||
Pulsuz.
|
||
Ümumi lisenziyalı (GPLv3) açıq mənbə kodu.
|
||
İstifadəçilər tərəfindən istifadəçilər üçün.
|
||
|
||
Github-a qoşulan iştirakçılarımız: https://github.com/gorhill/uBlock/graphs/contributors
|
||
Crowdin-ə qoşulan iştirakçılarımız: https://crowdin.net/project/ublock
|
||
|
||
***
|
||
|
||
It's quite an early version, keep this in mind when you review.
|
||
|
||
Layihəyə edilmiş dəyişikliklərin siyahısı:
|
||
https://github.com/gorhill/uBlock/releases
|